Canlı yayım zamanı qorxulu anlar: zəlzələ... Video Dünya

Canlı yayım zamanı qorxulu anlar: zəlzələ... Video

Türkiyənin "CNN Türk" telekanalının aparıcısı canlı yayım zamanı qorxulu anlar yaşayıb. Aparıcı xəbər buraxılışını təqdim etməyə hazırlaşarkən İstanbulda şiddətli zəlzələ olub. Aparıcı zəlzələnin olduqca şiddətli baş verdiyini və studiyadakı dekorların silkələndiyini izləyicilərə çatdırıb. Görüntülərdə həmçinin efir arxasında çalışanların həyəcanlı şəkildə telefonla danışdıqları müşahidə olunub. Qeyd edək ki, bu gün İstanbulda 5.9 bal gücündə zəlzələ baş verib. Zəlzələ təşvişə səbəb olub, sakinlər evlərini tərk etmək məcburiyyətində qalıb. Məktəblər, xəstəxanalar, ticarət mərkəzləri təcili təxliyə olunub. Telefon xətləri kəsilib. Şəhərdə böyük panika yaranıb.