Merkeldən yeni sanksiya çağırışı Dünya

Merkeldən yeni sanksiya çağırışı

"Putinin dostlarına da zərbə vurmaq lazımdır"

Almaniya kansleri Angela Merkel Rusiyaya qarşı sanksiyaların tətbiqinin lazım olduğunu bəyan edib. Merkelin fikrincə, reaksiyanın verilməməsi vəziyyətin daha da gərginləşməsinə gətirib çıxara bilərdi.
"Rusiyaya qarşı sanksiyaları niyyətimizin ciddi olduğunu nümayiş etdirmək üçün tətbiq etmək lazım idi. Heç nəyi etmədən, yalnız vəziyyəti ağırlaşdırmaq olardı", - deyə Almaniya kansleri Riqada Latviyanın baş naziri ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
O da söylənilir ki, Qərb ölkələri mart ayından Rusiyaya qarşı bir neçə dəfə sanksiyalar tədbiq edib.
"Rusiyanın Ukraynaya təcavüzünə ABŞ nə ilə cavab verir və ya verə bilər" sualına isə "Wall Street Journal" qəzeti özünəməxsus tərzdə cavab verib.
Bunlardan biri Ukraynaya hərbi yardım ola bilərdi, ancaq ABŞ hökuməti Ukraynanın hərbi yardım xahişini rədd edib. İzah belə olub ki, bu, Rusiyanı qıcıqlandıra bilər və zorakılıq qızışar.
İkincisi fərdi sanskiyalar ola bilərdi, ancaq sanksiyalar 30 adama tətbiq olunub. Hökumət bunun üçün 282 şəxsin siyahısını hazırlayıb.
Qəzet yazır ki, Putinin dostları harda varsa, onlara zərbə vurmaq lazımdır.
Ücüncüsü, maliyyə sanskiyaları tətbir edilə bilər. Obama desə də ki, "sanksiyalar işləyir", ancaq qəzetin fikrincə, bunlarına Rusiya iqtisadiyyatına təsiri azdır. Rusiyadan kapital axını zəifləyib, məzənnə yanvarda 1 dollara 33,76 rubl idisə, indi 36 rubldur, bu da böyük dəyişiklik deyil, Moskva birjasının MİCEX indeksi bir il əvvəlki yerindədir. Maliyyə sankiyaları elə də böyük təsir göstərmir.
Dördüncüsü, yeni silah yerləşdirilməsi baş tuta bilər. Qəzetin hesab edir ki, ABŞ Çexiya və Polşa ilə ballistik raketlər əleyhinə sistemləri yerləşdirmək danışıqlarına yenidən başlaya bilər. 2009-cu ildə bunları yerləşdirməmək qərarı verilmişdi.
Qəzetin gəldiyi nəticə odur ki, ABŞ Rusiyanın Ukraynaya təcavüzünə cavab olaraq çox az iş görüb və gələcək təcavüzün qarşısını almaq üçün də gördüyü iş azdır.
"Vedemosti" qəzeti isə yazır ki, Qərb Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etsə, Rusiya minik maşınlarına embarqo qoya bilər.
Rusiya daxilində maşın istehsal edən xarici şirkətlərə bu, o qədər də təsir etməyəcək. Ancaq Daimler AG Mercedes-Benz kimi maşın istehsalçıları ciddi zərər görə bilər. Çünki onların bütün modelləri Rusiyaya xaricdən gətirilir.
Avropa Avtomobil İstehsalçıları Komitəsinin sədri Joerg Schreiber deyib ki, "biz ciddi narahatıq. Biz ümid edirik ki, Rusiya belə bir qərar verəndə iki dəfə fikirləşəcək".
Ancaq Rusiya bir dəfə deyəsən, fikirləşib. "Vedomosti" yazır ki, minik maşınlarına embarqo təklifi meyvə-tərəvəzə embarqo ilə birlikdə Putinin masası üzərində idi. Ancaq Putin maşınlara embarqonu sanksiyalar siyahısından çıxartdı.
O da bildirilir ki, Krımın ilhaqı Rusiya və yarımadada yaşayan insanların əsl baş ağrısına çevrilməkdədir.
Yarımadaya girib-çıxmaq istəyən şəxslər arasında ciddi qarşıdurmaların əks olunduğu görüntüləri təqdim edir. Hadisə "Qafqaz" limanı yaxınlığında cərəyan edir. Onlarla, hətta yüzlərlə avtomobil hər gün saatlarla növbə tutmaq məcburiyyətində qalır ki, bu da son anda sərnişinlər arasında qarşıdurmalara, əlbəyaxa döyüşlərə gətirib çıxarır.
Xatırladaq ki, Krımın anneksiyasından sonra rəsmi Kiyev materik hissədən yarımadaya giriş-çıxışı məhdudlaşdırıb. Belə vəziyyətdə də sadə krımlıların hərəkəti yalınız yük gəmiləri ilə gerçəkləşir ki, bu, tutarlı çıxış yolu sayılmır.