Ermənistandan Türkiyəyə həqarət Dünya

Ermənistandan Türkiyəyə həqarət

Nalbandyan Ərdoğana qondarma soyqırım mərasimi ilə bağlı dəvətnamə aparıb

Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən gün keçirilən inauqurasiya mərasimində Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da iştirak edəcək.
Türkiyə mətbuatının xəbərinə görə, "Star" qəzetinin müxbiri Zeynep Turqut Ermənistanın xarici siyasət idarəsi rəhbərinin səfərinin məqsədini açıqlayıb. Onun fikrincə, Nalbandyanın inauqurasiya mərasimində iştirakı Ərdoğanın aprelin 24-dəki müraciətinə cavab olacaq. Jurnalist onu da yazıb ki, Ankaraya gələn Nalbandyan Ermənistan prezidenti Serj Sərkisyanın məktubunu da çatdıracaq. Nalbandyanın Türkiyənin keçmiş xarici işlər naziri, baş nazir vəzifəsinə namizəd Əhməd Davudoğlu ilə görüşü nəzərdə tutulmayıb. Digər məlumata görə, təbrik məktubu çatdıran Nalbandyan Ərdoğana 2015-ci il aprelin 24-də Ermənistana gəlməsi üçün dəvətnamə də verəcək.