Rusiyada koronavirusa yoluxanların sayı 57 999 nəfərə çatıb Dünya

Rusiyada koronavirusa yoluxanların sayı 57 999 nəfərə çatıb

Rusiyada son sutka ərzində daha 5236 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub.
APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiya ərazisində COVİD-19-a yoluxanların sayı 57 999 nəfərə çatıb.
Rusiyada son sutka ərzində 57 nəfərin öldüyü bildirilib. Ümumilikdə ölkədə koronavirusdan ölənlərin sayı isə 513 nəfərə çatıb.
Xəstəlikdən sağalanların sayı 4420 nəfərdir.