Rusiya müdaxilə etməsə, türk ordusu hərəkətə keçəcək Dünya

Rusiya müdaxilə etməsə, türk ordusu hərəkətə keçəcək

Liviyada qiyamçı Xəlifə Haftara vurulan ağır zərbə Suriya cəbhəsinin fəallaşmasına səbəb olub. Bu barədə “Yeni şəfəq" nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, başda İdlibin Beynin qəsəbəsinə raket hücumu olmaqla, Suriyada atəşkəsin pozulması anlamına gələn son hücumların səbəbi Liviya cəbhəsində Türkiyənin dəstəklədiyi Milli Razılıq Hökumətinin irəliləməsidir.
Liviyada hökumət qüvvələri Tripolinin qərbindəki sahil zolağını qiyamçılardan təmizlədikdən sonra cənubdakı strateji Tarhuna şəhərinə 7 cəbhədən hücuma başlayıb. Bu şəhərin də Haftardan təmizlənməsi gözlənilir. Belə bir vəziyyətdə Rusiya tərəfindən dəstəklənən Bəşər Əsəd rejimi İdlibdə mülki şəxslərə hücumlarını artırıb. Türkiyə isə Əsədin hücumlarına seyrçi qalmayacaq.
Qeyd olunur ki, Rusiya vəziyyətə müdaxilə etməzsə, Əsəd rejiminin atəşkəsi pozmaq cəhdinin qarşısını almaq üçün Türkiyə Silahlı Qüvvələri lazımi addımları atacaq.