5 May 2020 11:39
1 848
Yeni növ koronavirusa (COVID-19) yoluxan Rusiyanın Baş Naziri Mixail Mişustin özünü yaxşı hiss edir və onun müalicəsi davam edir.
TASS-ın verdiyi xəbərə görə, bu barədə Nazirlər Kabinetinin mətbuat katibi Boris Belyakov bildirib.
“Mixail Vladimiroviç həkimlərin nəzarəti altında tibb müəssisələrindən birində müalicəsini davam etdirir. Onun vəziyyəti normal olaraq qalır. Müalicə planlaşdırılmış şəkildə aparılır. Səhiyyə Nazirliyi tərəfindən xəstəliyin müalicəsi üçün tövsiyə edilən dərmanlardan istifadə edilir”, - deyə B. Belyakov vurğulayıb.
28 İyul 23:05
385
28 İyul 22:40
455
28 İyul 21:53
574