Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
Polşanın BMT-dəki daimi nümayəndəsi: Bakıdakı müzakirələr son dərəcə vacibdir
Milli Hidrometeorologiya Xidməti: Bakıda yağıntının miqdarı aylıq normanın 203-279%-ni təşkil edir
Guy Ryder: Qarşıdakı 10 il Yeni Şəhər Gündəliyinin icrası baxımından həlledici olacaq
Anaklaudia Rosbax: WUF13-də mənzil mövzusuna diqqətin yönəldilməsi çox vacibdir
“CDS Defence” Azərbaycanda tam səlahiyyətli təmsilçilik şəbəkəsini qurub
3 İyun 2020 13:33
1 568
Rusiya Prezidenti Vladimir Putin nüvə silahının tətbiqiylə bağlı şərtləri genişləndirən sənəd imzalayıb. Bu barədə məlumatı Rusiya mətbuatı yayıb. Əgər 2014-cü ildə qəbul edilmiş hərbi doktrinada Rusiyanın nüvə silahından yalnız nüvə zərbəsi endiriləcəyi, eləcə də dövlət mövcudluğuna təhdid yaranacağı halda istifadəsinə icazə verilirdisə, yeni sənəd “cavab zərbəsi” prinsipini de-fakto dəfn edib. Yeni sənədə əsasən, Rusiya nüvə silahından düşmənin kritik vacib dövlət və ya hərbi obyeklərə hərəkətə keçəcəyi zaman istifadə edə bilər.
Həmçinin əvvəllər nüvə silahının yalnız düşmənin istifadə edəcəyi halda tətbiqi şərti doktrinada yer alırdısa, indi bunun üçün ballistik raketin Rusiya istiqamətində buraxılmağa hazırlanması barədə etibarlı informasiya kifayət edəcək. Rusiyanın öz müttəfiqlərinə edilən hücuma cavab olaraq nüvə zərbəsi endirə biləcəyi də doktrinada vurğulanıb.
Rusiyanın nüvə raketlərini təkcə nüvə dövlətlərinə yox, həm də nüvə silahı olmayan, Rusiyanı düşmən kimi görən və ya Rusiyaya qarşı müqavimət aparan bloklara üzv olan ölkələrə tuşlaya biləcəyi də artıq yeni sənədlə təsdiqlənib. Sənəddə nüvə silahının yalnız prezidentin əmri əsasında tətbiq edilməsinin mümkün olduğu qeyd edilib.
16 May 11:14
1 470
16 May 11:09
2 688
15 May 20:36
1 806