Türkiyə Haftarı dənizdən vurdu: 3 PUA və 1 dron... Dünya

Türkiyə Haftarı dənizdən vurdu: 3 PUA və 1 dron...

Türkiyə freqatları Liviyada qiyamçı Xəlifə Haftara məxsus 3 PUA və 1 dronu vurub.
Bunu “Milliyət” qəzetinin əməkdaşı Abdullah Qaraquş iddia edib.
“Türkiyənin 7 hərbi gəmisi Liviya sahilləri başda olmaqla, Aralıq dənizində fəaliyyət göstərir. Aldığım məlumata görə, Türkiyənin Liviya sahillərindəki freqatları Haftara məxsus 3 PUA və 1 dronu vurub. Yəni, təkcə hava və qurudan deyil, dənizdən də gücümüzü göstəririk”, - A.Qaraquş bildirib.