Türkiyədə məscidlər tam fəaliyyətə başlayıb Dünya

Türkiyədə məscidlər tam fəaliyyətə başlayıb

Türkiyədə 3 aydan çox davam edən fasilədən sonra məscidlər tam fəaliyyətə başlayıb.
Bunu ölkənin Din İşləri İdarəsinin rəhbəri Əli Ərbaş deyib.
O bildirib ki, məsciddə namaz qılanlar azı 1,5 metr məsafədə dayanmalı, maska taxmalı və məscidə daxil olarkən dezinfeksiya vasitələrindən istifadə etməlidir.
Bu günədək məscidlərdə cümə və ikindi namazları qılınırdı. İyunun 24-dən etibarən məscidlər sübh, günorta və axşam namazları üçün də açılıb.
Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar ölkədə məscidlərin fəaliyyəti martın 16-dan məhdudlaşdırılmışdı.