Ermənistanda hökumət dağılır Dünya

Ermənistanda hökumət dağılır

Baş nazir müavini istefa verdi.
"Media forum" saytı bildirir ki, Ermənistanda baş nazir müavini və ərazi idarəetmə naziri Armen Gevorkyan oktyabrın 16-da istefa verib.
41 yaşlı hökumət üzvünün istefasının səbəbi açıqlanmasa da, baş nazir Ovik Abramyan bəyan edib ki, Gevorkyan fəaliyyətini özəl sahədə davam etdirəcək.
Gevorkyan baş nazir müavini və ərazi idarəetmə naziri postunu 2008-ci ildən tuturdu.