Sərxoş halda avtomobil idarə edərək qəza törədən sürücü həbs olunub - VİDEO
Azərbaycan və Oman diplomatik pasport sahibləri üçün vizanı qarşılıqlı ləğv edib
Microsoft və OpenAI 500 milyard dollarlıq yeni müqavilə imzalayıblar
Tramp Cənubi Koreyanın nüvə sualtı qayıqlarına ehtiyacı olması ilə razılaşıb
Rəsmi İrəvan Ermənistan-Azərbaycan sülh prosesinin indiki tempini pis hesab etmir
10 Avqust 2020 21:08
4 046
Livanın Baş Naziri Həsən Diyab keçirdiyi mətbuat konfransında hökumətin tam tərkibdə istefa verdiyini bəyan edib.
“Hezbollah” hərəkatının nümayəndələrinin də təmsil olunduğu koalisiya hökumətinin dörd naziri artıq öz istefasını bəyan etmişdi. Beyrutda baş vermiş dəhşətli partlayışdan sonra ölkədə davam edən etirazlar fonunda korrupsiya və pis idarəçilikdə ittiham edilən Nazirlər Kabineti istər daxildən, istərsə də beynəlxalq aləmdən gələn təzyiqlərlə üzləşmişdi.
Yaxın saatlarda Baş Nazir hökumətin istefasını təqdim etmək üçün Livan Prezidenti Mişel Aun ilə görüşəcək. Bundan başqa, ölkədə növbədənkənar parlament seçkilərinin də keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, avqustun 4-də Beyrutda baş vermiş partlayış qurbanlarının sayı 160-a çatıb.