Lukaşenko səslərin yenidən sayılmasını təklif edən səfiri diplomatik rütbəsindən məhrum edib Dünya

Lukaşenko səslərin yenidən sayılmasını təklif edən səfiri diplomatik rütbəsindən məhrum edib

Belarusun İspaniyadakı səfiri Pavel Pustovoy prezident Aleksandr Lukaşenkonun fərmanı ilə rəsmi vəzifələrini lazımınca yerinə yetirmədiyi üçün diplomatik rütbəsindən məhrum edilərək vəzifəsindən azad edilb.

RİA Novosti xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

“Pavel Pustovoy rəsmi vəzifələrini lazımınca yerinə yetirmədiyinə görə birinci dərəcəli fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsindən məhrum edilib. Həmçinin Pustovoy Belarus Respublikasının İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Dünya Turizm Təşkilatındakı Daimi Nümayəndəsi vəzifəsindən azad edilib”, - məlumatda deyilib.

Qeyd edək ki, Pustovoy bundan əvvəl “Facebook” hesabında respublikadakı vəziyyətin sülh yolu ilə həlli üçün prezident seçkilərində verilən səslərin yenidən sayılmasının tərəfdarı olduğunu söyləmişdi.