Almaniya Navalnının analizlərinin təhlilinə Kimyəvi Silahların Qadağan olunması Təşkilatını cəlb edib Dünya

Almaniya Navalnının analizlərinin təhlilinə Kimyəvi Silahların Qadağan olunması Təşkilatını cəlb edib

Almaniya Aleksey Navalnının analizlərinin təhlilinə Kimyəvi Silahların Qadağan olunması Təşkilatını cəlb edib.
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, Rusiya müxalifətinin liderlərindən biri, "Gələcəyin Rusiyası" partiyasının sədri Aleksey Navalnı avqustun 20-də təyyarə ilə Tomskdan Moskvaya uçarkən qəfildən halı pisləşib və təyyarə Omskda təcili eniş edib. O, zəhərlənmə şübhəsi ilə Omskda xəstəxanaya yerləşdirildikdən bir neçə gün sonra Berlinin "Charite" klinikasına aparılıb.
Almaniya hökuməti Berlində müalicə olunan A. Navalnıdan götürülmüş analizlər nəticəsində onun “Noviçok” qrupuna aid sinir iflicedici maddədən zəhərləndiyinin üzə çıxarıldığını bəyan edib.
Almaniya hökumətinin bu bəyanatından sonra dünyanın əksər ölkələri və liderləri A. Navalnının zəhərlənməsinə görə Rusiyadan izahat tələb edir.