Putin ABŞ-ı hədələdi Dünya

Putin ABŞ-ı hədələdi

İki dövlət arasında münasibətlər pisləşir

Cavid

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın ünvanına kəskin ittihamlar yağdırıb. Putin bəyan edib ki, ABŞ heç vaxt Rusiyanı özünə tabe edə bilməyəcək. Rusiya prezidenti bildirib ki, ABŞ-ın bu istiqamətdə yürütdüyü siyasət yenə də uğursuzluğa düçar olacaq.
"Onlar bizi alçatmaq yox, sadəcə özlərinə tabe etmək istəyirlər. Bizim hesabımıza problemlərini həll etməyə çalışırlar. Bizi özlərinə tabe edərək Rusiyanı öz təsir dairəsinə salmağa çalışırlar. ABŞ tarix boyu bunu etmək istəyib, amma alınmayıb. Biz təslim olmayacağıq" - deyə Putin bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Barak Obama yenidən bəyan edib ki, rəsmi Moskva Ukrayna ilə bağlı siyasətini dəyişməzsə, Rusiya dünyadan təcrid olunacaq.
Xatırladaq ki, ABŞ-Rusiya münasibətlərinin korlanması məhz rəsmi Moskvanın Ukraynaya qarşı hərbi təcavüzlə bağlıdır. ABŞ hökumətinin Ukraynaya hərbi müdaxilə edən Rusiyaya qarşı sanksiyaları tətbiqi bu münasibətləri daha da kəsginləşdirib.
ABŞ konqresi Rusiya məmurlarına qarşı sanksiyalar qəbul etdikdən sonra, Rusiya Dövlət Duması "Maqnitski siyasına" qarşı çevik cavab verib.
Konqresin qəbul etdiyi qanun başlıca olaraq Soyuq Müharibə erasının ticarət məhdudiyyətlərinin aradan qaldırılmasına hədəflənsə də, həmin qanunda adları insan haqqlarının pozulmasında hallanan Rusiya məmurların cəzalandırılmasını nəzərdə tutan maddənin yer alması rəsmi Moskvanın qəti etirazına səbəb olub.
"Maqnitski" qanunun qəbulundan sonra, Rusiya ABŞ-dan ölkəyə idxal olunan mal və donuz ətinin ziyanlı qatqılara qarşı yoxlanılmasına dair göstəriş verib. ABŞ-da raktopamin zərərsiz maddə hesab olunsa da, Rusiya həmin qatqını qadağan etməyə hazırlaşırmış kimi görünür. Habelə rəsmi bəyanatlarda bu yoxlamaların siyasi motivli olmadığı qeyd edilir. ABŞ-ın Rusiyadakı səfiri Maykl Makfol Tvitter səhifəsində, Rusiyanın ABŞ-dan idxal olunan ət məhsullarına qarşı gömrük baryerlərini "xoşagəlməz gedişat"kimi qiymətləndirib. Bununla Moskva sakinləri bunun ət bazarında nəzərəçarpmaz dəyişikliyə yol açacağını düşünür.
Hazırda qarşılıqlı etibarı tamamilə itirən ABŞ və Rusiya yeni ilə xeyli sınaqlarla daxil olurlar. Dünyanın nüvə nəhəngləri yeni ildə münasibətlərini normallaşdıra bilib-bilməyəcəklərini göstərəcəklər.
Qış Olimpiya Oyunları öncəsi boykot təhdidləri, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması, Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden işi, Suriyadakı hadisələr, şist qazının çıxarılmasının naməlum nəticələri - bütün bunlar ABŞ-Rusiya münasibətlərində 2014-cü ildə gərginləşdirici amillər idi.
Bu gün ABŞ və Rusiya bir-birini açıq şəkildə ittiham edir. Moskva narazıdır ki, Vaşinqton onun mövqeyinin nəzərə almır, xüsusilə Ukrayna məsələsində Rusiyanın maraqlarına qarşı çıxır. Moskva həmçinin iddia edir ki, Vaşinqton Rusiyanın daxili işlərinə qarışaraq ölkələr arasındakı münasibətləri pozur. Vaşinqton isə deyilənləri antiamerika yanaşması kimi qiymətləndirir və inkarçı mövqe tutur.
Ağ Ev bildirir ki, Rusiya ilə münasibətləri qaydaya salmaq cəhdlərindən imtina etmir, amma buna lazımı qədər vaxt ayırmaq imkanlarına malik deyil. Digər tərəfdən, Putin görünür, ABŞ-ın istənilən addımında təhlükə görür. Əslində bu iki dövlət Əfqanıstan, kosmosa uçuşlar, nüvə təhlükəsizliyi və terrorizmlə mübarizədə, həmçinin İran və Suriya məsələsində əməkdaşlıq edir. Bununla belə onlarda nüvə silahlarının azaldılması, Avropa, Asiya və Arktikanın gələcəyi, qlobal energetika siyasəti ilə bağlı ümumi strategiya yoxdur.
Amerika rəsmilərinin açıqlamalarına görə, onlar Putinin informasiyaların çox hissəsinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarından almasından ehtiyatlanırlar. Çünki, Federal Təhlükəsizlik Xidməti münasibətlər və ABŞ-ın niyyətləri haqqında səhv informasiya verlə bilərlər. ABŞ Milli Təhlükəsizlik Şurasının Rusiya siyasəti məsələləri üzrə bölməsinin direktoru Selesta Uollander "təhlükəli və yırtıcı Rusiya"nın Amerikanın maraqlarına zidd olduğunu düşünür. O, bu vəzifəyə keçən sentyabr ayında təyin olunub.
Putin bildirir ki, Rusiya ən müxtəlif məsələlərlə bağlı Qərb qarşısında hesabat verməyə məcbur deyil.
Rusiyadakı hadisələr ABŞ-ı məcbur etdi ki, Rusiyaya öz münasibətini yenidən gözdən keçirsin. 2011-ci ilin dekabrında dövlət katibi Hillari Klinton parlament seçkilərinin nəticələrinin saxtalaşdırıldığını bəyan edəndən sonra minlərlə rusiyalı etiraz etmək üçün Moskva küçələrinə çıxdı. Rusiyada tez-tez antiamerika fikirləri səslənməyə başladı. Rusiya"Azadlıq" radiosunun orta tezlikli dalğalarla yayımını dayandırdı, hüquq müdafiəçilərdən ibarət qrupların ABŞ-dan maliyyələşmənin dayandırılması üçün hər şey etdi. ABŞ-ın Rusiyadakı səfiri Maykl Makfola qarşı kampaniya aparıldı. Rusiya parlamenti rusiyalı uşaqların Amerika ailələrinə övladlığa verilməsini qadağan edən qanun qəbul etdi.
Rusiya ötən il Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snoudeni ABŞ-a verməkdən imtina etdi. Daha sonra Obama Putinlə görüşü ləğv etdi, amma bunun ardınca ölkələr gözlənilmədən Suriyanın kimyəvi silah arsenalının ləğvi məsələsində razılaşdılar. Ancaq Ukraynadakı böhran bu ölkələri yenidən qarşı-qarşıya gətirdi.
ABŞ-ın Rusiyadakı keçmiş səfiri Con Beyrli deyib ki, yenidən yüklənmə siyasəti ikitərəfli münasibətləri daha konstruktiv etmək üçün cəhd idi. 2008-ci ildə Rusiyanın Gürcüstana müdaxiləsindən sonra münasibətlər daha da pisləşdi. Prezident Obama gəlişi ilə eyham vurdu ki, münasibətlərdə yeni səhifəyə başlamaq istəyir və biz əvvəlki kimi birlikdə işləməliyik.
Hər halda ABŞ və Rusiya müxtəlif istiqamətlərə gedir və ya buna cəhd edirlər. Görünən odur ki, 2013-cü ilin sonlarında yaranan və 2014-cü ilin əvvəllərində kəskinkəşən Ukrayna böhranı üzündən Moskva-Vaşinqton münasibətlərinin il boyu gərgin qalacağı şübhəsizldir. Ortada olan hələlik Ukrayna məsələsidir. Rusiyanın bundan sonra nələr edəcəyini proqnozlaşdırmaq isə çətindir.
Qərbin Rusiyaya qarşı tutduğu məlum mövqeyi HATO-nun da məsələlərə müdaxiləsi deməkdir. Artıq bu müdaxilə hiss olunmaqdadır. NATO dedikdə öncə ABŞ göz önünə gəlir. Rusiya ilə alyans arasında təhlükəli anlar yaşanmaqdadır.
Avropanın nüfuzlu ALT analitik mərkəzinin "Müharibənin astanasında təhlükəli balans" adlı açıqladığı hesabatda cari ilin əvvəlindən etibarən Rusiya ilə NATO arasında 40 təhlükəli insidentin baş verdiyi qeyd edilir. Hesabatda Ukrayna böhranının Rusiya və NATO ölkələri arasında hərbi gərginliyin hissediləcək dərəcədə artmasına gətirib çıxardığı vurğulanır. Mütəxəssislərin hesablamalarına görə, minimum 3 insident insan tələfatına və ya açıq qarşıdurmaya gətirib çıxara bilərdi.
Analitik mərkəz səmada da təhlükəli insidentlərin kəskin artdığını yazır. Belə ki, NATO təyyarələrinin cari ildə Rusiya təyyarələrini yaxalamaq məqsədilə yüz dəfədən artıq havaya qalxdığı bildirilir. Sənəddə həmçinin Rusiya təyyarələrinin alyans üzvlərinin hava məkanlarını pozması, təhlükəli simulyasiya hərəkətlərinə yol verməsi də iddia olunur. Belə halların daha çox Baltik regionunda, həmçinin Qara dəniz, ABŞ və Kanada sərhədləri boyunca müşahidə edildiyi bildirilir. Rusiya Müdafiə Nazirliyi isə digər ölkələrin hava məkanlarını pozmadığını açıqlayır. Hərbi təyyarələrin manevrlərində fəallıq təyyarəçilərin uçuş saatlarının artırılması planıyla izah edilir. Bundan başqa, Rusiya tərəfi məlum səbəblərə görə Rusiya-Ukrayna hava sərhədinin mühafizəsinin gücləndirilməsini də vurğulayır.
Hesabat müəllifləri belə insidentlərin təkrarlanmaması və silahlı toqquşmalara gətirib çıxarmaması üçün Rusiya ilə NATO arasında səmərəli hərbi kanalların yaradılmasını təklif edirlər. ALT mərkəzi hesab edir ki, hər iki tərəfin hərbi əzələ nümayiş etdirməsi gərginliyin artmasına səbəb olacaq və təhlükəli insidentlərin sayının artmasına təkan verəcək….