İranla ABŞ arasında İŞİD qalmaqalı Dünya

İranla ABŞ arasında İŞİD qalmaqalı

Rəsmi Tehranın sözçüsü Mərziyə Əfxəm dekabrın 3-də jurnalistlərə açıqlamasında ABŞ Müdafiə Nazirliyinin İranın İraqda İŞİD qüvvələrini bombalaması barədə bəyanatını təkzib edib.
ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi bəyan edib ki, İran İŞİD-ə qarşı hərbi hava hücumuna keçib və İŞİD-in İraqın şərqindəki mövqelərini bombalayıb.
Mərziyə Əfxəm deyib: "İranın İŞİD və təkfirçilərə qarşı mübarizədə İraq rəsmilərinə verdiyi məşvərət və göstərdiyi yardım siyasətində hər hansı dəyişiklik baş verməyib. Tehranın İraqda hərbi əməkdaşlığı və hərbi hücumlara keçməsi ilə bağlı yayılan məlumatları təsdiq etmirəm. İran İraq hökumətinə yalnız beynəlxalq qanunlar çərçivəsində hərbi yardım göstərir və müəyyən məşvərətlər verir".