Dünyada koronavirusa yoluxanların sayı 70 milyonu keçib Dünya 14 Dekabr 2020 09:19 1 981 Dünyada koronavirusa yoluxma sayı 70 461 926-ya çatıb. Bu virusdan ölüm sayı isə 1 599 704 nəfərdir. APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib. Son sutka ərzində 649 425 yeni yoluxma aşkarlanıb, 10718 nəfər dünyasını dəyişib.