Ermənistan dollar və avro satışını dayandırdı Dünya

Ermənistan dollar və avro satışını dayandırdı

Dekabrın 17-də gündüz saatlarında İrəvan bankları dollar və avronun satışını dayandırıblar, valyutadəyişmə məntəqələrində isə satış məhdud olub.
"Report" xəbər verir ki, bank binaları qarşısında böyük növbələr yaranıb.
"Bizdə dolların kursu 540-560 dram həddində dəyişir. Hazırda nə bir dollar, nə bir avro var. Səhər cəmi 1000 dollar və 500 avro var idi", - banklardan birinin əməkdaşı bildirib.
İrəvanın valyutadəyişmə məntəqələrində dolların satış kursu 590 dram, alışı 560 dram təşkil edir. Mübadilə edilən valyutanın məbləği 1500 dollardan artıq ola bilməz.