“Ağır silahları geri çəkmək lazımdır” Dünya

“Ağır silahları geri çəkmək lazımdır”

"Normand dördlüyü" görüşünün iştirakçıları Donbasda atəşkəsin elan edilməsindən asılı olmayaraq hərbi texnikanın təmas xəttindən geri çəkilməsinin vacibliyini vurğulayıblar". Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında bəyan edib.
"Həmkarlarımız, ilk növbədə almaniyalı və fransalı XİN rəhbərləri bildiriblər ki, atəşin tam dayanmasını gözləmədən ağır silahların geri çəkilməsi prosesinə başlamaq vacibdir", - deyə o vurğulayıb.
Lavrov həmçinin bildirib ki, "Normand dördlüyü" XİN başçıları ATƏT-in xüsusi monitorinq komissiyası tərəfindən əlavə personal, avadanlıq və maliyyənin ayrılmasının zəruriliyini önə çəkiblər: "Hazırda Donbasda vəziyyət xeyli yaxşılaşsa da, bəzi hallarda müəyyən pozuntular qeydə alınır. Biz ölkələrimizin Vyanada ATƏT-in Ukraynadakı xüsusi monitorinq komissiyasının mandatının uzadılması ilə bağlı mümkün qədər tez bəyanat vermələrinə çağırmışıq".