Ketrin Eşton Ukrayna müxalifətilə müzakirə aparıb Dünya

Ketrin Eşton Ukrayna müxalifətilə müzakirə aparıb

Kliçko: "AB hakimiyyətlə danışıqlarda vasitəçi olmağa hazırdır"
Avropa Birliyi Ukraynada siyasi böhranın nizamlanması üçün müxalifət və hakimiyyət arasındakı danışıqlarda yüksək səviyyədə vasitəçilik etməyə hazır olduğunu bildirib. APA-nın "İTAR-TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün Vitali Kliçko Avropa Birliyinin xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eştonla keçirdiyi görüşdən sonra bildirib.
"Biz Ukraynadakı vəziyyəti müzakirə etdik. Ən əsas böhranın çözülməsi üçün real addımların atılmasıdır. Mən qeyd etdim ki, parlament, ilk növbədə, 2004-cü ilin konstitusiyasına qayıtmaq barədə akt qəbul etməlidir. Bu ölkədə hakimiyyətin inhisarını aradan götürməyə imkan verəcək", deyə "UDAR" partiyasının rəhbəri bildirib.
"Prezident Yanukoviçlə danışıqlara gəlincə, xanım Ketrin Eşton Avropanın müxalifət və hakimiyyət arasındakı danışıqlarda yüksək səviyyədə vasitəçilik etməyə hazır olduğunu bildirib", deyə Kliçko bildirib.