Krımın Rusiyaya birləşdirilməsi qanunu geri götürüldü Dünya

Krımın Rusiyaya birləşdirilməsi qanunu geri götürüldü

"Ədalətli Rusiya" fraksiyası Krımın Rusiya Federasiyasına birləşdirilməsi ilə bağlı Dövlət Dumasına təqdim etdiyi qanun layihəsini geri götürüb. Fraksiya rəhbərliyi bu addımı Venetsiya Komissiyasının mövqeyi ilə əlaqələndirib.
Bu barədə jurnalistlərə Rusiya Dövlət Dumasının Konstitusiya qanunvericiliyi və dövlət idarəçiliyi daimi komitəsinin sədri Vladimir Pliqin məlumat verib. Onun sözlərinə görə, qanun layihəsi Avropa Şurasının baş katibi tərəfindən Venetsiya komissiyasının müzakirəsinə təqdim olunub: "Komissiyanın rəyinə görə, qanun layihəsi beynəlxalq hüququn prinsiplərinə ziddir. Venetsiya komissiyasının qanun layihəsi ilə bağlı yekun iclasının martın 21-də keçirilməsi gözlənilsə də, sənəd geri götürüldükdən müzakirəyə ehtiyac qalmayacaq".