1 Fevral 2024 08:32
7 602
Futbol üzrə Asiya Kubokunda 1/8 final mərhələsinin oyunlarına yekun vurulub.
Trend-in məlumatına görə, 1/4 finala son vəsiqə uğrunda İran və Suriya yığmaları üz-üzə gəlib. Əsas və əlavə vaxtı 1:1 başa çatan matç penaltilər seriyasına gedib. Burada daha dəqiq oynayan iranlılar növbəti raunda vəsiqə qazanıblar - 5:3.
Qeyd edək ki, daha əvvəl Avstraliya, Tacikistan, İordaniya, Qətər, Özbəkistan, Cənubi Koreya və Yaponiya milliləri 1/4 final mərhələsinə vəsiqə qazanıblar. Turnirə fevralın 10-da yekun vurulacaq.
1 Aprel 11:12
1 155
31 Mart 19:20
1 477
31 Mart 11:42
1 680