İİKK: İran Bəhreyndə ABŞ-ın Şeyx İsa hərbi bazasına raket zərbələri endirib
ABŞ və İsrailin Fars vilayətinə endirdiyi zərbələr nəticəsində həlak olanların sayı 59-a çatıb
Vilayət Eyvazov Yevlaxda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
TANAP-ın ötürmə gücü illik 31 mlrd. kubmetrədək artırıla bilər
Lidya Salahova: Ötən il Aİ-yə 12 mlrd. kubmetr qaz tədarük edilib
1 Mart 2022 12:09
1 848
Baş Prokurorluq Göyçayda qızın qaçırılması ilə bağlı məlumat yayıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilmişdir ki, fevralın 26-sı Göyçay rayonu ərazisində A.Ə.-nın (ad şərtidir) həmkəndlisi Ə.M (ad şərtidir) və atası A.M (ad şərtidir) tərəfindən evlənmək məqsədi ilə sonuncunun iradəsinə zidd olaraq qaçırılaraq oğurlanması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması Göyçay Rayon Polis Şöbəsinə tapşırılıb.
Ə.M və atası A.M şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.
Hazırda iş üzrə istintaq davam edir.