Millət vəkili söz verib Hadisə

Millət vəkili söz verib

Məktəbin əsaslı təmiri ilə bağlı təkrar hökumətə müraciət edəcək

Milli Məclisin deputatı ət vəkili Qənirə Paşayeva Dönük Qırıqlıda müəllim və şagirdlərlə görüşündə məktəbin əsaslı təmiri ilə bağlı təkrar hökumətə müraciət edəcəyinə söz verib.
Deputat gənclərimizin savadlı yetişməsində fədakar müəllimlərimizin rolunu xüsusi vurğulayaraq Dönük Qırıqlı kənd orta məktəbi Tovuzun yaxşı təhsil ənənələri olan məktəblərindən biri olduğunu deyib.
Məktəbin direktoru Almaz Mehdiyeva çıxış edərək məktəbdə təhsilin vəziyyəti, qarşıda duran hədəflər barədə məlumat verib. Müəllimlər Dönük Qırıqlı kənd orta məktəbinin binasının köhnə olması, təhsil üçün o qədər yararlı vəziyyətdə olmaması və məktəb binasının təcili əsaslı təmirinə böyük ehtiyacı olduğunu, Q.Paşayevanın bununla bağlı hökumətə və müvafiq orqanlara müraciətlərindən xəbərdar olduqlarını deyərək ona təşəkkürlərini bildirməklə yanaşı bu məsələnin öz həllini tapması istiqamətində bundan sonra da dəstəyini əsirgəməməsini xahiş ediblər.
Kənd orta məktəbin binasının vəziyyətinin təhsil üçün çox ağır vəziyyətdə olduğunu deyən deputat ölkəmizin ən böyük kəndlərdən biri olan Dönük Qırıqlı kəndinin ora məktəbinin əsaslı təmiri ilə bağlı hökumətə, baş nazir cənab Artur Rəsizadəyə və Təhsil Nazirinə müraciət etdiyini və problemin öz həllini tapması üçün Bakıya qayıtdıqdan sonra bununla bağlı təkrar təhsil naziri Mikayıl Cabbarova xahiş və müraciət edəcəyini də vurğulayıb.
Q.Paşayeva məktəbdə şagirdlərlə də görüşüb, onların dərsləri, planları ilə də maraqlanıb və onlarla söhbət edib. O, uşaqların yay tətilinə buraxılmasına toxunaraq onları bu zamanı faydalı istifadə etməyə, daha çox oxumağa, mütaliəyə, öyrənnməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb.
Tədbirdə iştirak etmiş müəllimlər və digər tədbir iştirakçıları da uşaqların və gənclərin kitaba meyllənməsinin və marağının artmasında bu cür tədbirlərinin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Görüşün sonunda Q.Paşayeva müəllim və şagirdlərə müəllifi olduğu kitabları imzalayaraq hədiyyə etməklə yanaşı məktəbin kitabxanasına gənclərin oxuması üçün çoxlu sayda kitablar və məktəbə özünün hədiyyələrini də təqdim edib.