Yanvarda boşananların sayı məlum olub Hadisə

Yanvarda boşananların sayı məlum olub

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk ayında 5475 nikah və 1248 boşanma halları qeydə alınıb.

Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,4, boşanmaların sayı isə 1,5 olub.