Kəmaləddin Heydərov Bərdədə vətəndaşları qəbul edəcək Hadisə

Kəmaləddin Heydərov Bərdədə vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Bərdədə vətəndaşları qəbul edəcək.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən xəbərə görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən martın 31-də Bərdə şəhərində, Bərdə Peşə liseyinin binasında saat 11:00-dan Bərdə və Tərtər rayonları sakinlərinin qəbulu keçiriləcək.
Qəbula gələn vətəndaşların qeydiyyatı 30 mart 2022-ci il tarixində Bərdə Peşə liseyinin binasında (ünvan: Bərdə şəhəri, Heydər Əliyev prospekti, 111) saat 09:00-da başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:

tel: +994 (12) 512-01-14