4 Noyabr 15:45
1 Aprel 2022 08:53
3 486
Bakı şəhərinin Xətai rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, paytaxtın Xətai rayonu, Xudu Məmmədov küçəsində çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 94 m² olan 2 otaqlı mənzilin (hazırda təmir olunan) eyvanında 4 m² sahədə məişət tullantıları yanıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb. Mənzil yanğından mühafizə olunub.
4 Noyabr 19:29
1 001
4 Noyabr 18:02
1 064
4 Noyabr 17:48
1 022