Zərdabın iki kəndinə təbii qaz verilib Hadisə

Zərdabın iki kəndinə təbii qaz verilib

Tural

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin respublikanın yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində həyata keçirdiyi genişmiqyaslı işlərin davamı olaraq iyulun 24-də Zərdab rayonunun Əlibəyli və Allahqulubağı kəndlərinə ilk dəfə təbii qaz verilmişdir. Bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, 161 abonenti olan Əlibəyli kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 11 748 metrliik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 161 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. Rayonun Allahqulubağı kəndinin 108 abonentinin qazlaşdırılması üçün isə 9493 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, sayğac və fərdi tənzimləyicilər quraşdırılmışdır.