BMT rəsmisi: Azərbaycanla Ermənistan arasında baş verən proseslər bizim üçün yaxşı nümunədir
Aİ: Azərbaycan vətəndaşlarımızın İrandan qayıtmasını asanlaşdırır
Slovakiya Prezidentinin müşaviri: Aİ ölkələrində şovinist partiyalar daha da vüsət alır
Əsaslı təmirdən sonra yaşayış binaları hərbi qulluqçuların xidməti istifadəsinə verilmişdir
18 Aprel 2022 19:05
3 024
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinə 3 xidməti avtomobil verilib.
Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti) artırılıb.