“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
18 Aprel 2022 19:11
3 367
Dövlət müəssisə və təşkilatları tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada satın alınması liberallaşdırılır.
Nazirlər Kabinetinin bununla bağlı 162 və 163 № li Qərarlarına dair izahda bildirilir ki, Qərarlar “Dövlət satınalmaları haqqında” Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 859 və 1439 nömrəli Fərmanlarına əsasən hazırlanıb.
Qeyd edilən Fərmana uyğun olaraq “Elektron kənd təsərrüfatı” informasiya sisteminin altsistemi olan “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı yaradılıb.Elektron portal vasitəsilə ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması elektron portal vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur.
Adıçəkilən Fərmana uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına ərzaq məhsullarının satınalınmasının “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı vasitəsilə həyata keçirilməsi ilə əlaqədar satınalma şərtləri və bağlanılan müqavilə ilə bağlı, “Aqrar tədarük və təchizat” ASC-nin nizamnaməsinin layihəsində müvafiq dəyişikliklər edilir.
Eyni zamanda, satınalan təşkilatlarla ərzaq məhsullarının istehsalçıları və ya satıcıları arasında bağlanılan Müqavilə”nin forması hazırlanıb.
Dəyişiklikdən sonra mikro və kiçik fermerlərin dövlət müəssisə və təşkilatlarının təchizatında iştirak imkanları genişlənəcək.
Paralel olaraq rəqabət mühiti təkmilləşdirildiyi üçün təchizat xərclərinin azaldılmasına imkan verəcək.
1 Noyabr 17:46
1 813
1 Noyabr 14:21
1 806
31 Oktyabr 20:55
2 226