29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
6 May 2022 17:44
4 662
Bakı Ağır Cinayətlər Məhkəməsində Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə Maqsud Mahmudovun vəkili müdafiə çıxışı edib. O bildirib ki, Maqsud Mahmudov 1993-cü ildən sonra psixi pozğunluqla bağlı müalicə alıb və o, cinayəti törədərkən anlaqsız olub. Müdafiəçi buna görə də məhkəmə istintaqının yenidən təzələnməsi ilə bağlı vəsatət qaldırıb.
Dövlət ittihamçısı və zərərçəkmişlər vəsatətin rədd edilməsini istəyib.
Məhkəmə yerində müşavirə keçirərək vəsatəti rədd edib.
Maqsud Mahmudov son söz dedidkdən sonra məhkəmə müşavirəyə yollanıb.
Müşavirədən sonra təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Maqsud Mahmudov 14 il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror Maqsud Mahmudovun ittihamlarda təqsirinin sübuta yetirildiyini bildirib və onun 14 il azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.
O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə 90 nəfər zərərçəkmiş var.
30 Avqust 10:12
987
29 Avqust 17:41
1 372
29 Avqust 10:18
1 463