
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Türkiyə Respublikasının İzmir şəhərində keçirilən “Efes-2022” çoxmillətli təlimində növbəti mərhələnin tapşırıqları yerinə yetirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, beynəlxalq təlimin planına uyğun olaraq iştirakçılar şərti terror dəstəsi tərəfindən avtomobilə yerləşdirilən partlayıcı qurğunun aşkar olunaraq zərərsizləşdirilməsi, helikopterlər vasitəsilə şərti düşmən obyektinə aviazərbələrin endirilməsi, dəniz piyadalarının sahil xəttinə çıxması və yüksəkliklərin ələ keçirilməsi, həmçinin axtarış-xilasetmə əməliyyatı və yaralıların təxliyə olunması mərhələləri üzrə tapşırıqlar müvəffəqiyyətlə icra olunub.
Təlim iştirakçıları, eyni zamanda, zəbt olunmuş gəminin azad edilməsi və helikopterdən dəniz xüsusi təyinatlılarının gəmiyə enməsi üzrə fəaliyyətləri də müvəffəqiyyətlə yerinə yetiriblər.
Əlahiddə Ümumqoşun Ordunun və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçularının da iştirak etdiyi beynəlxalq təlim iyunun 9-dək davam edəcək.