Ərdoğanın müşaviri: "Türkiyədə seçkilər 16 aprel 2028-ci ildə keçirilə bilər" Dünya

Ərdoğanın müşaviri: "Türkiyədə seçkilər 16 aprel 2028-ci ildə keçirilə bilər"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nəzərdə tutulan vaxtdan üç həftə əvvəl - 16 aprel 2028-ci ildə keçirilə biləcək prezident və parlament seçkilərində namizəd kimi iştirak edə bilər.

Xalqcebhesi.az xəbər verir ki, bu fikri dövlət başçısının baş müşaviri, Prezident yanında Hüquq Siyasəti Şurasının sədr müavini Mehmet Uçum səsləndirib.

"Ehtimal edirəm ki, seçkilər 16 aprel 2028-ci ildə keçiriləcək. Bu, prezident sisteminə keçidlə bağlı referendumun keçirildiyi tarixlə üst-üstə düşür və rəmzi məna daşıyır. Prezident Tayyib Ərdoğan sonuncu dəfə öz namizədliyini irəli sürəcək", — deyə "Yeni Şafak" qəzeti Uçumun Türkiyə Mətbuat Federasiyasındakı çıxışından sitat gətirib. Söhbət Türkiyənin parlament idarəetmə üsulundan prezident sisteminə keçdiyi 16 aprel 2017-ci il konstitusiya referendumunun ildönümündən gedir.

Məryəm Quliyeva