Hüquqşünas Elnur Rəhimov Fəxri Diplomla təltif edilib Hadisə

Hüquqşünas Elnur Rəhimov Fəxri Diplomla təltif edilib

Bu barədə Avrasiya.net-ə Müvəkkil Hüquq Mərkəzi, hüquq müdafiəçisi Səməd Vəkilov məlumat verib.

O, bildirib ki, QHT-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra etdiyi “Şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının hüquqlarının təşviqi” layihəsi Azərbaycanın bir neçə rayonunu əhatə edib:

"Layihə çərçivəsində hüquqşünas Elnur Rəhimovun Şabran və Siyəzən rayonlarında şəhid ailələri və müharibə əlillərinin hüquqlarının təmin olunması istiqamətində səmərəli fəaliyyətinin şahidi olduq. Bunu nəzərə alaraq, fəaliyyətini qiymətləndirmək məqsədilə Müvəkkil Hüquq Mərkəzinin İdarə Heyətinin 04 iyun 2022-ci il tarixli qərarı ilə “İnsan hüquqlarının təmin olunmasında” səmərəli fəaliyyətinə görə hüquqşünas Elnur Rəhimovun Müvəkkil Hüquq Mərkəzinin Fəxri Diplomu ilə təltif etdik".