"Huawei" Azərbaycanda tədqiqat laboratoriyası açacaq Hadisə

"Huawei" Azərbaycanda tədqiqat laboratoriyası açacaq

"Huawei" yeni tədris ilində Azərbaycanda tədqiqat laboratoriyası açacaq.

Trend-in məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev innovativ ekosistem sahibkarları ilə görüş zamanı deyib.

Onun sözlərinə görə, nazirlik ölkə universitetlərində bu cür laboratoriyaların açılmasını təşviq edir.

Qeyd edək ki, Azərbaycanda 2022-ci ildə dövlət sifarişi ilə 600 yüksək ixtisaslı İT mütəxəssis hazırlanacaq. Beynəlxalq əməkdaşlıq çərçivəsində yaxın üç il ərzində xaricdə kibertəhlükəsizlik sahəsində minə yaxın İT mütəxəssisin hazırlanması planlaşdırılır.