Hazırda bu küçələrdə sıxlıq var - Siyahı Hadisə

Hazırda bu küçələrdə sıxlıq var - Siyahı

Paytaxtda hazırda avtomobillərin hərəkətində sıxlıq müşahidə edilən küçə və prospektlərin adları açqlanıb.

Daxili İşlər Nazirliyinin İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, həmin küçələr aşağıdakılardır:

1. Afiyəddin Cəlilov küçəsində, əsasən, Fəzayıl Bayramov küçəsi ilə kəsişmədən, Cavanşir körpüsünün üzəri istiqamətində sıxlıq

2. Üzeyir Hacıbəyli küçəsində Cavanşir körpüsünün üzərindən, Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər olan hissəsində sıxlıq

3. Alı Mustafayev küçəsində - əsas yolda, Ziya Bünyadov prospekti istiqamətində nisbətən sıxlıq

4. Ziya Bünyadov prospektində, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən başlayaraq, Bakı Polad Zavodunun qarşısı – əsas və kənar yol da daxil olmaqla, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq

5. Koroğlu Rəhimov küçəsinin Fətəli xan Xoyski prospekti ilə kəsişməyə qədər olan hissəsinə qədər, Akademik Həsən Əliyev küçəsi istiqamətində sıxlıq

6. Akademik Həsən Əliyev küçəsinin, 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin qarşısı da daxil olmaqla Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsindən, Xan Şuşinski küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıq

7. 28 May küçəsinin Azadlıq prospekti ilə kəsişməsindən, Rəşid Behbudov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq

8. Tbilisi prospektində Heydər Əliyev adına İdman Sarayını keçdikdən sonra, Azər Əliyev küçəsi ilə kəsişməyə qədər, 20 Yanvar dairəsi istiqamətində sıxlıq

9. Abbasqulu ağa Bakıxanov küçəsində, Zivər bəy Əhmədbəyov küçəsi ilə kəsişmədən, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqamətində sıxlıq

10. Gülarə Qədirbəyova küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən yol boyunca, Xətai prospeki istiqamətində sıxlıq müşahidə olunur.