24 Mart 16:49
1 İyul 2022 17:24
3 143
Dövlət Sərhəd Xidməti (DSX) Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında quru sərhədinin bağlanması barədə yayılan xəbərlərə münasibət bildirib.
DSX-dən Trend-ə bildirilib ki, Dövlət Sərhəd Xidməti hazırda vətəndaşların sərhəd buraxılış məntəqələrində dövlət sərhədindən buraxılışını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 iyun 2022-ci il tarixli 232 nömrəli qərarına uyğun olaraq həyata keçirir.
Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Naxçıvan-Türkiyə quru sərhədinin vətəndaşlar üçün bağlanması ilə bağlı məlumat yayılıb.
10:16
91
10:13
154
24 Mart 17:07
1 260