Azərbaycanda ölüm səviyyəsi azalıb Hadisə

Azərbaycanda ölüm səviyyəsi azalıb

Bu il ərzində Azərbaycanda ölüm səviyyəsi azalıb

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ölkədə cari ilin yanvar-may ayları ərzində 28098 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 7,7-dən 6,8-ə düşüb.

İlin əvvəlindən ölkə əhalisinin sayı 22781 nəfər və ya 0,2 faiz artaraq 2022-ci il iyun ayının 1-i vəziyyətinə 10179147 nəfərə çatmışdır. Əhalinin ümumi sayının 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil etmiş, kişi və qadınların xüsusi çəkiləri isə eyni olub.