İsrail ordusunun Livandakı Bofor qalasını ələ keçirməsi ilə bağlı görüntülər yayılıb
Azərbaycanda bəzi ərazilərdə yağış yağır, küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
"Yeni Konstitusiyanın qəbuluna ehtiyac var"-Qüdrət Həsənquliyev
SEPAH ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb
Tramp: İran nüvə silahı hazırlamamağa və əldə etməməyə razılaşıb
29 İyul 2022 13:13
4 046
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov AMB-nin İdarə Heyətində yetərsay olmamasının qəbul edilən qərarlara hüquqi baxımdan təsirini şərh edib.
“APA-Economics”in məlumatına görə, Taleh Kazımov bildirib ki, hazırda İdarə Heyəti tərəfindən qəbul edilən qərarların hüquqi qüvvəsi var.
“Prezident İlham Əliyev tərəfindən təklif edilmiş namizədləri Milli Məclis üzv olaraq təsdiq edib. Bu gün İdarə Heyətinin üzvləri 3 nəfərdir, tək saydadır və İH-nin qərarlarının hüquqi qüvvəsi var” - deyə AMB sədri qeyd edib.
O əlavə edib ki, qanunvericilikdə olan qeyri-müəyyənliklərlə bağlı növbəti qanun layihəsində dəqiqləşdirmələr aparılacaq.
Qeyd edək ki, hazırki “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən İdarə Heyətinin tərkibi 7 nəfərdən ibarət olmalıdır. Qanunun 23.5-ci maddəsinə görə İdarə Heyətinin iclası üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır və bunlardan biri sədr, yaxud onu əvəz edən şəxs olmalıdır. Yəni yetərsay üçün İdarə Heyətində 4 üzv olmalıdır.
31 May 11:37
1 309
31 May 09:25
1 477
30 May 18:49
1 848