Zelenski "Starshield"dəki nasazlıqların PUA-ların vurulmasını çətinləşdirdiyini bildirib Dünya

Zelenski "Starshield"dəki nasazlıqların PUA-ların vurulmasını çətinləşdirdiyini bildirib

"Starshield" sisteminə çıxışla bağlı hələ də davam edən problemlərə görə Ukraynanın hava hücumundan müdafiə (HHM) qüvvələri pilotsuz uçuş aparatlarının (PUA) ələ keçirilməsində çətinliklərlə üzləşir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

"O, Ukraynanın nəzarət etdiyimiz ərazisində normal iş rejiminə qayıdıb, lakin çox vaxt artıq gec olur", – deyə o, BBC-nin Ukrayna xidmətinə müsahibəsində bildirib.

Noyabrın ortalarında Zelenski Ukrayna Silahlı Qüvvələrinin (USQ) beş sutka ərzində "Starshield" ("Starlink"in hərbi versiyası) sisteminə çıxışının məhdudlaşdırıldığını iddia edib. Oktyabr ayında da Kiyevdə "Starshield" ilə iş zamanı sürət məhdudiyyətlərindən şikayətləniblər. ABŞ Prezidenti Donald Tramp isə öz növbəsində Ukraynada "Starlink" peyk rabitəsi sisteminə çıxışın məhdudlaşdırılmasından xəbərsiz olduğunu bəyan edib.

Məryəm Quliyeva