ABŞ İranın kimyəvi silah hazırlaması iddialarına şübhə ilə yanaşır
Zelenski "Starshield"dəki nasazlıqların PUA-ların vurulmasını çətinləşdirdiyini bildirib
Aydın Hüseynov: “Vətəndaşa yeni mülkiyyət verilmir, mövcud hüququ rəsmiləşdirilir”
Ceyhun Bayramov: Azərbaycan-Estoniya münasibətləri hər zaman müsbət müstəvidə inkişaf edib
Bakıda Azərbaycan və Estoniya XİN rəhbərlərinin geniştərkibli görüşü keçirilib - YENİLƏNİB
12:47
252
Bu gün bizim çox səmərəli və ətraflı müzakirələrimiz olub.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə birgə mətbuat konfransında deyib.
“Bu gün bizim çox səmərəli və ətraflı müzakirələrimiz olub. Ölkələrimiz arasında münasibətlər hər zaman müsbət müstəvidə inkişaf edib. Lakin son dövrdə müşahidə olunan dinamikanı xüsusi qeyd etmək istərdim. Hesab edirəm ki, bu, ikitərəfli münasibətlərin daha da inkişafı baxımından olduqca müsbət haldır. Cənab nazirin ölkəmizə səfərinin əsas məqsədlərindən biri Estoniya səfirliyinin açılması idi, artıq Estoniyanın ilk rezident səfiri Azərbaycanda fəaliyyətə başlayıb”, - nazir qeyd edib.
O əlavə edib ki, artıq səfirliklər ölkələrimiz arasında olan münasibətlərə öz töhfələrini tam verə biləcəklər.