Azərbaycanda Rudolf Vays haqqında film çəkilir Hadisə

Azərbaycanda Rudolf Vays haqqında film çəkilir

İkinci Dünya müharibəsindən sonra Azərbaycana göndərilən alman ordusunun əsir düşmüş əsgəri Rudolf Vays haqqında "Avstriyalının odisseyası" adlı film çəkilir.

Bu barədə APA-ya "Nova Gorica" kino mərkəzindən məlumat verilib.
Qeyd edilib ki, layihə Mədəniyyət nazirliyinin dəstəyi ilə "Nova Gorica" kino mərkəzində istehsal olunur:

“Hazırda Vyanada yaşayan Rudolf Vaysın 96 yaşı var və Azərbaycan xatirələrini qələmə alıb. O, "Hökumət evi" və "Saatlı bina" kimi tanınan binaların tikintisində çalışıb. Salyan və Neftçalada yol tikintisində işləyib. Filmin çəkilişləri Vyana, Bakı, Neftçala və Salyanda aparılacaq”.

Kino mərkəzi çəkilişlərin sentyabr ayının sonlarında yekunlaşacağını deyib.

Qeyd edək ki, filmin ideya müəllifi Samir Rzayev, rejissoru Turan Yaqublu, operatoru Əminə Həsənli, prodüseri Tahir Tahiroviçdir.