Zelenski: ABŞ müharibəni dekabr-yanvar aylarında bitirmək istəyir Dünya

Zelenski: ABŞ müharibəni dekabr-yanvar aylarında bitirmək istəyir

Volodimir Zelenski hesab edir ki, Amerika Birləşmiş Ştatları Ukraynadakı münaqişəni dekabr-yanvar ayları ərzində başa çatdırmağa çalışmaq niyyətindədir.

Xalqcebhesi.az xəbər verir ki, onun fikrincə, ABŞ-nin danışıqlar aparan nümayəndələri mümkün qədər tez münaqişənin sonuna çıxmaq istəyirlər. "Mənim fikrimcə, Amerika komandası bunu dekabr-yanvar aylarında çatdırmaq istəyir", – deyə o, "Telegram" kanalında yazıb.

Zelenski həmçinin "Amerika tərəfinin antiballistik sistemlər üzrə tədarükləri imzalamadığından" şikayətlənib: "Müharibəni necə bitirməklə bağlı müxtəlif söhbətlər zamanı "Starshield"in gah işləməsi, gah da məhdudiyyətlərin olması, "Patriot" raketlərinin təkcə azalması deyil, həm də tədarüklərin olmamasına səbəb olan hansısa addımların atılması çox xoşagəlməzdir". O güman edir ki, bütün bunlar "Ukraynanı sərfəli olmayan kompromislərə məcbur etmək" görüntüsü yaradır.

Məryəm Quliyeva