15:43
301
İspaniyanın “Vilyareal” klubunun müdafiəçisi Natan Saliba UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah”a qarşı keçiriləcək oyunda iştirak edə bilməyəcək.
Buna futbolçunun sol topuq bağlarından aldığı zədə səbəb olub.
İspaniya klubunun rəsmi saytının məlumatına görə, Saliba ötən həftə məşq zamanı zədələnib. Müdafiəçi Madriddə əməliyyat olunacaq.
Qeyd edək ki, “Vilyareal” – “Sabah” qarşılaşması dekabrın 8-də İspaniyanın “Estadio de la Ceramica” stadionunda keçiriləcək. Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
14:19
609
12:47
721
23 Noyabr 18:00
1 127