Hörmüz boğazında üç gəmi atəşə tutulub Dünya

Hörmüz boğazında üç gəmi atəşə tutulub

Hörmüz boğazında üç gəmi naməlum mərmilərlə atəşə tutulub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Əlaqələndirilməsi Mərkəzi (UKMTO) məlumat yayıb.

"UKMTO Hörmüz boğazında baş vermiş insident barədə gecikmə ilə məlumat alıb. Təsdiqlənmiş məlumatda bildirilir ki, şərq istiqamətində hərəkət edən üç gəmi naməlum mərmilərlə vurulub. Gəmilər öz marşrutlarını davam etdiriblər. Heyət üzvlərinin hamısı yerindədir", – deyə UKMTO-dan bildirilib.

Qeyd olunur ki, insident noyabrın 23-ü axşam saatlarında baş verib və hadisə "hücum" kimi təsnif edilib.

Məryəm Quliyeva