14:03
385.jpg)
Hörmüz boğazının şərq hissəsində iki neft tankeri minaya düşərək partladıqdan sonra yanıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran teleradio yayımı şirkəti ölkənin Hərbi Dəniz Qüvvələrinə (HDQ) istinadən məlumat yayıb.
"İki neft tankeri naviqasiya sistemlərini söndürərək Hörmüz boğazının şərq hissəsində gəmiçilik üçün qadağan olunmuş zonaya daxil olub. Partlayışlar nəticəsində gəmilər hərəkət qabiliyyətini itirib, onlarda yanğın baş verib", – deyə hərbçilər bildiriblər.
Onlar təkrarən bəyan ediblər ki, İranın məqsədləri və tələbləri yerinə yetirilməyənə qədər boğaz gəmiçilik üçün bağlı qalacaq, neft tankerlərinin sahibləri isə akvatoriyadan keçidi İran silahlı qüvvələri ilə razılaşdırmağa borcludurlar.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Oman sahilləri yaxınlığından keçən marşrutdan istifadənin təhlükəli olduğu barədə dəfələrlə xəbərdarlıq edib və Hörmüz boğazının onun qüvvələrinin müşahidəsi və tam nəzarəti altında qaldığını vurğulayıb.
Məryəm Quliyeva