14:21
217
Noyabrın 24-25-də Dağıstanın dağlıq rayonlarında 2 min metrdən yuxarı yüksəklikdə qar uçqunu təhlükəsi qüvvədə olacaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Dağıstan üzrə Baş İdarəsindən məlumat verilib.
"Göstərilən dövrdə qar uçqunlarının baş verməsi mümkündür. Bu isə fövqəladə halların və hadisələrin yaranmasına: binaların, tikililərin, rabitə və elektrik xətlərinin, eləcə də infrastruktur obyektlərinin zədələnməsinə gətirib çıxara bilər", – deyə məlumatda bildirilir.
Bundan əlavə, avtomobil nəqliyyatının işində çətinliklərin yaranması, yolların, körpülərin və tunellərin bağlanması istisna edilmir. Uçqun baş verən rayonlarda insanların xəsarət alması və həlak olması riski mövcuddur.
Yerli özünüidarəetmə orqanlarına fövqəladə halların yaranma riskinin azaldılması və onların nəticələrinin minimuma endirilməsi üzrə qabaqlayıcı tədbirlər kompleksi həyata keçirmək tövsiyə olunub. Vətəndaşlar diqqətli və ayıq-sayıq olmağa çağırılır.
Məryəm Quliyeva