Qəbələdə Yengicə su anbarının tikintisi davam etdirilir - VİDEO İqtisadiyyat

Qəbələdə Yengicə su anbarının tikintisi davam etdirilir - VİDEO

Qəbələ rayonunda Yengicə su anbarının tikintisi davam etdirilir.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb.

Bildirilib ki, layihə "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"ya uyğun olaraq icra edilir. 17,5 milyon kubmetr tutuma malik olacaq su anbarı rayon üzrə 10 min hektar kənd təsərrüfatına yararlı torpaq sahəsinin suvarma imkanlarının genişləndirilməsinə xidmət edəcək.