AQTA qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrinin siyahısını açıqlayıb Hadisə

AQTA qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrinin siyahısını açıqlayıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Agentlikdən Trend-ə verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Daxili İşlər Nazirliyinin və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları ilə birgə 8-12 avqust tarixlərində respublika üzrə fəaliyyət göstərən 58 heyvan kəsimi və ət satışı məntəqəsində monitorinqlər aparılıb. Monitorinqlər zamanı baytarlıq baxışından keçirilməyən, baytarlıq-sanitariya tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsi, baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvanların kəsimi və ətlərin satışı halları aşkar edilərək 13 heyvan kəsimi və ət satışı məntəqəsi barəsində inzibati məsuliyyət tədbirləri görülüb. Nöqsanlara yol vermiş 36 məntəqə sahibinə isə sonuncu xəbərdarlıq olunub.