Bakıda 47 gün qabaq qəzaya düşən şəxs ölüb Hadisə

Bakıda 47 gün qabaq qəzaya düşən şəxs ölüb

Bakıda 47 gün qabaq qəzaya düşən şəxs ölüb.

APA xəbər verir ki, hadisə iyulun 9-da paytaxtın Binəqədi rayonunda qeydə alınıb.
Miryusif Qasımovun idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobil yolu keçən Güləhməd Gülməmmədovu vurub, daha sonra idarə etməni itirirək yol kənarında dayanan avtomobilə çırpılıb.

Nəticədə qəzada ağır xəsarət alan Güləhməd Gülməmmədov Klinik Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq piyada ötən gün ölüb.

Faktla bağlı araşdırma aparılır.