Adanada Milli Qəhrəman İbad Hüseynli Adına Parkın Açılışı Olub Hadisə

Adanada Milli Qəhrəman İbad Hüseynli Adına Parkın Açılışı Olub

Parkın salınması Azərbaycan-Türkiyə qardaşlığının tərənnümünə töhfə kimi dəyərləndirilib

Türkiyənin Adana vilayətinin Çukurova rayonunda Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynlinin adını daşıyan park salınıb və burada milli qəhrəmanımızın heykəli ucaldılıb. Bu barədə “Xalq Cəbhəsi”nə Diasporun Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə məlumat verib.
Rəsmi şəxslərin, beynəlxalq təşkilat nümayəndələrinin, yerli ictimaiyyətin tanınmış simalarının iştirakı ilə adıçəkilən parkın açılışı olub.
Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Milli Qəhrəman İbad Hüseynlinin şücaətli döyüş yolu barədə geniş məlumat verilib.
Adana Böyükşəhər bələdiyyəsinin sədri Zeydan Karalar, Çukurova rayon bələdiyyəsinin rəhbəri Soner Çətin və Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynlinin çıxışları dinlənilib.
Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşərkən belə təmtəraqlar haqqında düşünmədiyini diqqətə çatdıran İbad Hüseynli bildirib ki, qəhrəman Ordumuzun ikinci Qarabağ müharibəsində rəşadətli Zəfər qazanması Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi qərarı, Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyə xalqının Azərbaycanın yanında olması sayəsində gerçəyə çevrilib. Qəhrəman qeyd edib ki, ömrünün sonunadək Azərbaycanın müdafiəsi naminə hazırdır.
Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyev tərəflərindən Azərbaycanın ali mükafatları ilə təltif olunmasına görə İbad Hüseynlinin xoşbəxt olduğunu diqqətə çatdıran Çukurova rayon bələdiyyəsinin rəhbəri Soner Çetin əminliklə bildirib ki, milli qəhrmanımızın adına salınan park və orada ucaldılan abidə Azərbaycan-Türkiyə qardaşlığının tərənnümünə böyük töhfə olaraq tarixdə qalacaq.
Çıxışlarda xalqımızın xilaskar oğlu Heydər Əliyevin “Bir millət, iki dövlət!”, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir!” ifadələri xatırladılıb. Qeyd olunub ki, hər iki kəlam məhz aparılan düzgün siyasət nəticəsində Azərbaycan-Türkiyə qardaşlığını qoruyan həyat gerçəyinə çevrilib.
Çıxışlarda milli qəhrəmanımızın şərəfli döyüş yolundan, o cümlədən iki il əvvəl baş verən 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışılıb.
Azərbaycan-Türkiyə qardaşlığının, türk dünyasının birliyini tərənnüm edən İbad Hüseynli Parkı Adananın ən səfalı məkanlarından birində yer alır. Parkda bütün türk dövlətlərinin bayraqları sıra ilə dalğalanır. Yan tərəfdə isə uşaqların istirahət və əyləncəsi üçün bölmə yaradılıb.
Xatırladaq ki, Birinci Qarabağ müharibəsində şərəfli döyüş yolu keçən kəşfiyyatçı İbad Hüseynlinin ən böyük qəhrəmanlıqlarından biri də ASALA erməni terror təşkilatının başçısı Monte Melkonyanı məhv etməsidir. O dövrdə Ermənistanın prezidenti olan Levon Ter-Petrosyan başda olmaqla rəsmi şəxslərin ASALA-nın başçısı Monte Melkonyanın dəfnində iştirak etməsi Ermənistanın terrorçu dövlət olduğunu bir daha təsdiqləyib. Melkonyanın məhv edilməsi ilə bağlı işğalçı Ermənistanda üç günlük matəm elan olunub.

Adanada Milli Qəhrəman İbad Hüseynli Adına Parkın Açılışı OlubAdanada Milli Qəhrəman İbad Hüseynli Adına Parkın Açılışı OlubAdanada Milli Qəhrəman İbad Hüseynli Adına Parkın Açılışı OlubAdanada Milli Qəhrəman İbad Hüseynli Adına Parkın Açılışı OlubAdanada Milli Qəhrəman İbad Hüseynli Adına Parkın Açılışı OlubAdanada Milli Qəhrəman İbad Hüseynli Adına Parkın Açılışı OlubAdanada Milli Qəhrəman İbad Hüseynli Adına Parkın Açılışı Olub